1887-1922
10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır.
1896-cı ildə texniki məktəb «Bakı aşağı səviyyəli texniki məktəbə» çevrilmişdir. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şö’bəsi üzrə 50 nəfər, inşaat şö’bəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şö’bəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfər azərbaycanlı idi.
1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–me’marlıq şö’bələri fəaliyyət köstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin «Bakıda politexnik institutunun yaradılması haqqda» dekreti e'lan edildi.
Dekretdə aşağıdakılar qeyd olunmuşdur:
- «Neft-mə’dən», «elektromexanika», «mühəndis-inşaat», «kənd təsərrüfatı» və «iqtisadiyyat» fakultələri əsasında Bakı politexnikumu bazasında M.Əzizbəyov adına Bakı politexnik institutu yaradılsın.
- Bakı politexnikumunun binaları, avadanlıqları, həmçinin Rus texniki cəmiyyətinin kimya laboratoriyası Bakı politexnik institutunun sərəncamına verilsin.
- Politexnik institutunun tələbə kontingentinin tərkibinə politexnikumun tələbələrinin daxil edilməsi ilk növbədə, aşağıdakı əsaslarla nəzərdə tutulsun: kafi dərəcədə ümumi təhsil hazırlığına malik tələbələrin I semestr dərslərinə buraxılması, belə hazırlığa malik olmayanlara isə əlavə ümumi təhsil fənnlərinin keçilməsi və ən nəhayət texnikumun yuxarı kurs tələbələrinə xüsusi dərslər təşkil etməklə tələbələr sırasına daxil olunması.
- Dövlət Universitetinin tələbələri üçün mövcud olan sosial tə’minat hüquqları Bakı Politexnik institutunun tələbələrinə də şamil edilsin.
- Universitetlərdən və digər müəssisələrdən Politexnik institutuna tədris prossesinə cəlb olunacaq professor-müəllimlərin əvəzçiliklə işləmələrinə baxmayaraq, Politexnik institutunda tutduğu vəzifəyə uyğun onlara əmək haqqı verilsin.
- Professor-müəllim hey”ətinin əmək haqqı Dövlət Universitetində uyğun vəzifədə çalışan əməkdaşın əmək haqqı kimi ödənilsin.
12 dekabr 1920-ci ildə Xalq Maarif Komijsarlığı tərəfindən institutun açılması barədə dekreti verilir. Dek-retdə Bakı Politexnik institunun yaradılması ilə bağlı Bakı politexnikumun bağlanması və müəllimlərin öz vəzifələrindən azad edilməsi qeyd olunur, hazırlıq işlərinin başa çatması və institutda tədris ilinin 01 yanvar 1921-ci ildə başlanması köstərilirdi.
Dekretə əsasən mühəndis A.İ.Kozlovun sədrliyi ilə in-stitutda qəbul komissiyasının yaradılması və aşağıdakı normaları rəhbər tutaraq, qəbulun 1 yanvar 1921-ci ilədək başa çatdırılması nəzərdə tutulurdu. Namizədlərdən ilk növbədə - Bakı politexnikumunun tələbələrinin, xüsüsi ali məktəblərin tələbələrinin, ikinci - türk dili bilənlərin, üçüncü – fəhlələrin, dördüncü – AKBP MK və BK-dən göndərilən beşinci – qızıl ordu nümayəndələrinin, altıncı – şura qulluqçularının, yeddinci – qalan vətəndaşların instituta qəbulu nəzərdə tutulmuşdur.
Dekretə uyğun professorlar N.A.Dubrovskiy, P.K.juze, L.Q.Qurviç, Petroqrad Universitetinin dosenti A.S.Şepotev və mühəndis D.D.Qadaskin institutun professorları; aqronom N.A.Lebedev, mühəndislər S.Vəkilov, A.İ.Kozlov, A.N.Şuşerov və M.V.Abramoviç isə ixtisaslarına uyğun ka-fedra ştatlarına müəllim kimi daxil edilmişlər.
Professor N.A.Dubrovskiy 1 sentyabr 1921-ci ilədək ilk rektor tə’yin olunmuşdur.
Dekretdə Elmi Şuranın tərkibinin, adları yuxarıda çə-kilənlərdən təşkil olunması da qeyd olunmuşdur.
İnstitutun Elmi Şurasının birinci iclası 15 dekabr 1920-ci ildə ilk rektor professor N.A.Dubrovskinin sədrliyi altında aparılmışdır. İclasda S.Vəkilov Elmi Şuranın katibi seçilmişdir. Az sonra, 18 dekabrda Elmi Şuranın ikinci iclası keçirilmiş və ilk dəfə olaraq fakultələrə: «Neft-mə’dən» - dağ mühəndisi B.Dombrovskiy, «Elektromexanika» - mühəndis-elektrik A.Sizov, «Mühəndis-inşaat» - mülki inşaaat mühəndisi A. Şuşerov, «İqtisadiyyat» - professor N.A.Dubrovskiy və «Kənd təsərrüfatı» - aqronom N.Lebedov dekan seçilmişlər.
Fəaliyyətə başlanmasını bəyan edən ilk zəng 2 yanvar 1921-ci ildə saat 9.30-da vurulmuş və mühəndis S.Vəkilov institutun tarixində ilk dəfə olaraq ali riyaziyyatdan mühazirə oxumuşdur.
1920/21-ci tədris ilində institutun Elmi Şurasının 66 nəfərdən ibarət olan tərkibinə aşağıdakı professorlar və müəllimlər daxil olmuşlar:N.A.Dubrovskiy, P.K.juze, L.Q.Qurviç, A.S.Şepotev,D.D, Qadaskin, A.M.Şuşerov, L.S.Leybenzon, İ.V.Kurçatov, K.A.Krasusskiy, A.A.Axundov, Q.N.Qaziyev, İ.Q.Yesman, S.A.Kovalevskiy, P.İ.Kuznesov, T.Q.Kuliyev, P.P.Lukin, M.M.Skvorsov, S.N.Usatıy, V.İ.Tixomirov, B.P.Albiskiy, N.L.Vannikov və başqaları.
1920/21-ci tədris ilində institutda 1135 tələbə oxuyurdu.
1922-ci ildə “ Kənd təsərrüfatı”, “ İqtisadiyyat”, “ Texnoloji ( elektrotexnika, dağ-neft və nefttexnoloji şö’bələri)”, və “Mühəndis-inşaat (quru yol, hidrotexniki və mülki inşaat ixtisasları üzrə)” fakultələrin fəaliyyəti üzrə institutun strukturu səhmanlaşdı.
Bu dövrdə əsasən ümumi nəzəri hazırlığa geniş yer verilməklə ixtisas fənnlərinin tədrisinə və istehsalat təcrübələrinin keçirilməsinə lazımı nəzarət yetirilmirdi. Tədris planlarına çoxlu sayda fənnlər salınmaqla, fənnlərdən hesabatların verilməsində sərbəstliyə yol verilməklə bərabər, tələbələrin bir kursdan digərinə keçiril-məsində məqbul və imtahanların verilmə ardıcıllığı gözlənilmirdi. Praktiki və laboratoriya dərslərinə lazımı diqqət yetirilmir, tələbələrin müvəffəqiyyəti bal sistemi ilə qeydə alınırdı. Təhsil müddətinin nominal 5 il olmasına baxmayaraq, tədris planının həddən artıq yüklənməsi, az sayda tələbələrə belə 7 il ərzində institutu bitirməyə imkan verirdi.
1922-ci ildə institutun maddi-texniki bazasının və professor–müəllim hey’ətinin gücləndirilməsinə «Azneft»(tə’mir və lazımı avadanlığın tə’mini və 150 tələbəyə təqaüdün verilməsi), Xalq Komissarlar Şurası, Maa-rif, Torpaq, Yeyinti Ticarət Xalq Komissarlıqları tərəfindən lazımı köməklik göstərilirdi.
Bu illərdə institutda işləmək üçün professorlar: S.N.Usatıy, S.M.Romanov, B.P.Albiskiy, M.M.Əliyev və İ.Q.Yesman (1922-1928-ci illərdə rektor vəzifəsini icra etmişdir) də’vət olunmuşlar.
1923-cu ilin yayında Azərbaycan Hökümətinin təşəbbüsü nəticəsində keçmiş ittifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cu il tarixli qərarı çıxırılmış, Bakı Politexnik institutunun ümumi ittifaq əhəmiyyəti qeyd olunmuş və ittifaqın Maarif Komissarlığına və Azərbaycan Hökumətinə İnstitutun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilmişdir. Bunun nəticəsində «Azneft»in gəlirinin müəyyən faizinin institutun fonduna köçürülməsinə, Vladikavkaz Politexnikumun avadanlığının alınmasına nail olunmuşdur.
1923-cu ildə 3 nəfərdən ibarət birinci buraxılış, 1924/25-ci tədris ilində -13, 1925/26-ci ildə – 46, 1926/27-ci ildə isə 289 nəfər mühəndis buraxılışı olmuşdur.
|