2008-ci il BP-nin təqaüd proqramı
Ərizə formasını yükləmək
Proqramın təsviri: BP Azərbaycan şirkəti Azərbaycanda neft və qazla əlaqədar təhsil almaqda marağı olan tələbələr üçün təqaüd proqramı elan edir. BP-nin təqaüd proqramı Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) oxuyan 50 universitet tələbəsinə sponsorluq etmək üçün nəzərdə tutulub.
Sənəd təqdim edən tələbələr üçün müvafiqlik meyarları:
Azərbaycan respublikasının vətəndaşı olmalıdır
Azərbaycan Dövlət Neft Akademiyasının 1-ci kurs tələbəsi olmalıdır
Aşağıdakı fakültələrdə əyani tələbə olmalıdır:
- Qaz – Neft Mədən
- Geoloji Kəşfiyyat
Giriş balı 470 və ya yuxari olmalıdır
Ərizə formasını doldurmaq üçün təlimat.
1. Ərizə formasını azərbaycan ya da ki rus dillərində aşağıdakı internet səhifələrindən yükləməniz xahiş olunur:
www.bp.com/caspian/careers
http://www.adna.baku.az
1. Elektron ərizənin bütün xanalarını doldurun, əks halda ərizəyə baxılmayacaqdır.
2. Doldurulmuş ərizəni elektron poçtla aşağıdakı ünvana göndərin: bp_bursary@bp.com
Həmin e-poçta öz suallarınızı ünvanlandıra bilərsiz.
4. Müsahibəyə dəvət olunduğunuz təqdirdə aşağıdakıları özünüzlə gətirməniz xahiş olunur:
- 1 xasiyyətnamə (bu məktub sizin məktəbdəki və yaxud da universitetdəki müəlliminiz, və ya repetitorunuz tərəfindən yazıla bilər)
- Orta məktəb attestatınızın surəti
- Şəxsiyyət vəsiqənizin surəti
- Musahibəyə gələnlər “Azərbaycanda Neft və Gaz” mövzusunda 5 dəqiqəlik çıxış hazirlamalidirlar. Mövzu telebelirin öz sechimi olmalıdır və müxtəlif sahələri əhatə edə bilər- tarix, texnologiya, iqtisadiyyət, siyasət və sairə.
Seçim proseduru: Seçilmiş namizədlər Yekun seçim üçün müsahibəyə dəvət ediləcəklər. Yekun seçim namizədin giriş balı, academik nailiyyətləri, maliyə ehtiyacı və şəxsi bacarıqları əsasında aparılacaq. Qaçqınların, məcburi köçkünlərin, Azərbaycanın bölgələrindən olan namizədlərin və xanımların sənəd təqdim etməsi dəstəklənir.
Sənədlərin son təqdim etmə günü: 21 Noyabr 2008-ci il, Bakı vaxtı ilə 18:00-də
Address: BP.Villa Petrolea, Neftçilər Prospekti 2 (Bayıl), Bakı, Azərbaycan
|