2004-cü ilin hadisələri və xəbərləri
***
2004-cü ilin noyabr ayının 16-dan dekabr ayının 7-dək tələbələrin «Milli Dirçəliş günü»nə həsr olunmuş 53-cü elmi-texniki konfransı keçirilmişdir. Konransın plenar iclasında ADNA-nın rektoru, MEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev, Təhsil Naziri Misir Mərdanov və ADNA-nın 1959-cü ildəki məzunu, «Geofizika və Mühəndis Geologiyası» İstehsalat Birliyinin baş direktoru, professor Kərim Kərimov tələbələri təbrik etmiş, konfransa uğurlar diləmişlər.
Konfransın 182 proqramına 291 bakalavriat, 85 magistratura tələbəsinin məruzəsi daxil edilmişdir. 58 tələbə Təşkilat Komitəsinin və sponsorların («Azercell», «Landmark», «Total», «Siemens», «Unocal» və «Emerson Process Management» şirkətləri, Tələbələrin Həmkarlar İttifaqı Komitəsi) diplomlarına, hədiyyələrinə və pul mükafatlarına layiq görülmüşlər. 182 məruzənin tezisləri nəşr olunmuşdur.
***
2004-cü ilin may ayının 24-26-da ADNA-nın aspirantlarının və gənc tədqiqatçılarının «Respublika günü»nə həsr olunmuş 2-ci elmi konfransı keçirilmişdir.
Konfransın Təşkilat Komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev açmışdır.
Təhsil Nazirinin müavini, tarix elmləri doktoru İradə Hüseynova və ADNA-nın 1952-ci il məzunu, AMEA-nın Neft-kimya Prosesləri