2005-cü ilin hadisələri və xəbərləri
İnstitutunun direktoru, akademik Musa Rüstəmov konfrans iştirakçılarını təbrik etmişlər. Sonra 2 gün ərzində 7 bölmənin iclaslarında 62 gənc tədqiqatçının məruzəsi dinlənilmişdir.
Məruzələr hər bölmədə 5 müstəqil münsif tərəfindən qiymətləndirilmişdir. 7 nəfər məruzəçi I dərəcəli diplomla və baş sponsor «Azərsell Teleçom» birgə müəssisəsi tərəfindən mobil telefonlarla, 2 nəfər I dərəcəli diplom və «Siemens»in hədiyyələri ilə mükafatlandırılmışdır. «Emerson Process Management» və «Halliburton» şirkətlərinin köməyilə 62 məruzənin mətni 312 səhifəlik toplu şəklində çap olunmuşdur.
***
2005-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodunun köməyi ilə ADNA-nın əsas tədris binasının bir hissəsində, 2000 m2 ərazidə, əsaslı təmir işləri aparılmış, auditoriyalar mebellə və avadanlıqla təchiz olunmuş, bir neçə ixtisaslaşdırılmış mühazirə zalı və kompüter mərkəzi yaradılmışdır.
***
2005-ci ilin oktyabrında «Halliburton» şirkətinin köməyi ilə «Neft və qaz quyularının qazılması» kafedrasında yaradılan 20 kompüterlə və digər aksessuarlarla təchiz edilmiş, lokal şəbəkəli mərkəz və ixtisaslaşdırılımış auditoriya istismara verilmişdir.
***
2005-ci ilin noyabr ayının 8-29 arasında Azərbaycan Dövlət Neft Akademiyasının Tələbələrinin «Konstitusiya günü»nə həsr olunmuş 54-cü elmi-texniki konfransı keçirilmişdir.
Konfransın proqramına 9 bölmə üzrə 245 bakalavriat, 58 magistratura pilləsinin tələbələrinin elmi işlərinin nəticələri haqqında məruzələri daxil edilmişdir.
Konfransın açılış mərasimində rektor, professor Siyavuş Qarayev, Təhsil Naziri, professor Misir Mərdanov və ADNA-nın 1956-cı ildəki məzunu, MEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış etmişlər.
Noyabr ayı ərzində bölmələrdə 17 iclas keçirilmiş və orada 247 məruzə dinlənilmişdir. Tələbələrdən 21-i Təşkilat Komitəsinin I dərəcəli, 22-i II dərəcəli diplomlarla, 1-i həvəsləndirici mükafata və 15 nəfəri Tələbələrin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatlarına layiq görülmüşlər. Bu tələbələrin hamısına (59 nəfər) konfransın baş sponsoru «Azercell Telecom» Birgə Müəssisəsinin, 11-nə «Siemens», 10-na «Emerson Process Management» və 38-nə «Halliburton digital and consulting solutions» şirkətlərinin hədiyyələri verilmişdir.