ADNA

ADNA-ın strukturu
İnkişaf tarixi
Elmi fəaliyyət
Fakültələr
Beynəlxalq əlaqələr
ADNA-ın iftixarı
Xəbərlər / Hadisələr
Əlagə
Fontları yüklə

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti xaricdə təhsil almaq üçün ARDNŞ təqaüdünün verilməsi üzrə müsabiqə elan edir

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramı 2009-2010-cu tədris ilində xaricdə təhsili almaq üçün sənəd qəbulu elan edir.
      İddiaçılar:
      - Azərbaycan Respublikasının vətəndaşı olmalı;
      - bakalavrlar üçün 25, magistrlər üçün 30 yaşından yuxarı olmamalı;
      - http://socar.az/tehsil.html internet səhifəsində verilmiş siyahıdakı universitetlərdən birinə tələb olunan ixtisaslar üzrə müstəqil şəkildə qəbul olunmalıdır.

Ərizə-anket formasını doldurmaq üçün təlimat

      Ərizə-anket formasını http://socar.az/tehsil.html internet səhifəsindən yükləyə bilərsiniz.
      Doldurulmuş ərizə-anketi və tələb olunan sənədlərin sürətini ARDNŞ-nin qəbul otağına təqdim edin və ya elektron poçtla khs@socar.az ünvanına göndərin, yaxud aşağıdakı ünvana poçt vasitəsilə göndərin:
      Bakı, AZ 1000, Neftçilər prospekti 73
      ARDNŞ-nin Kadrların hazırlanması şöbəsi.
      Əlavə məlumat üçün http://socar.az/tehsil.html internet ünvanına müraciət edə bilərsiniz.

Seçim qaydaları

      İddiaçıların sənədləri nəzərdən keçirildikdən müsabiqənin tələblərinə cavab verən namizədlər yekun seçim üçün ARDNŞ-ə müsahibəyə dəvət ediləcəklər.

Sənədlərin son təqdim olunma müddəti 2009-cu ilin 1 iyulunadəkdir.


2007-2008-ci tədris ilinin 2-ci semestrinin nəticələrinə görə ARDNŞ təqaüdünə layiq görülmüş ADNA tələbələrinin S İ Y A H I S I

____________________________________________________________________


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə müsabiqə elan edir

      Müsabiqə 2008-2009-cu tədris ilinin 1-ci semestrinin nəticələrinə əsasən “yaxşı” və “əla” qiymətlərlə oxuyan tələbələr arasında aparılır. ARDNŞ təqaüdü fevral – iyun-2009-cu il dövrü üçün təqdim olunur.

Ərizə-anket formasını doldurmaq üçün təlimat

      Ərizə-anket formasını http://socar.az/tehsil.html internet səhifəsindən yükləyə bilərsiniz.
      Doldurulmuş ərizə-anketi və tələb olunan sənədlərin surətini ARDNŞ-nin qəbul otağına təqdim edin və ya elektron poçtla khs@socar.az ünvanına göndərin, yaxud aşağıdakı ünvana poçt vasitəsilə göndərin:
      Bakı, AZ 1000, Neftçilər prospekti 73
      ARDNŞ-nin Kadrların hazırlanması şöbəsi.
      Əlavə məlumat üçün http://socar.az/tehsil.html internet ünvanına müraciət edə bilərsiniz.

Seçim qaydaları

      İddiaçıların sənədləri nəzərdən keçiriləndən sonra seçilmiş namizədlər son seçim üçün mart ayında ARDNŞ-də keçiriləcək yekun müsahibəyə dəvət ediləcəklər. Müsahibənin dəqiq vaxtı və müsabiqənin qaliblərinin adları www.socar.az/tehsil.html internet səhifəsində elan ediləcəkdir.
      Sənədlər 1 – 15 fevral 2009-cu il tarixində təqdim oluna bilər.
      Qeyd olunan müddətdən əvvəl və sonra təqdim olunan sənədlərə baxılmır.
News
az  rus  eng